Kokpit.az bildirir ki, ispaniyalı sürücü 1:28.751 zaman nəticəsu ilə komanda yoldaşı Françesko Banyayanı 0.326 saniyə qabaqlayaraq zirvəyə yüksəlib. Sessiyanın böyük hissəsində üstünlüyünü 0.4 saniyə civarında qoruyan Markes, son dəqiqələrdə Akosta və Banyayanın tempi artırmasına baxmayaraq, liderliyi əldən verməyib.
Banyaya ikinci, Pedro Akosta isə 0.364 saniyə geridə üçüncü yeri tutub. Marko Bezzeki dördüncü, Aleks Markes beşinci, Luka Marini isə altıncı olub.
İlk onluqda Raul Fernandes, Fabio Di Cannanantonio, Xoan Mir və Franko Morbidelli yer alıb. Yamaha komandasının sürücüsü Fabio Kuartararo Yamaha üçün ən sürətli dövrəni göstərsə də, yalnız 11-ci ola bilib. Son dünya çempionu Xorxe Martin isə 12-ci yeri tutub.
Yohan Zarko 7-ci döngədə qəza etdikdən sonra pitə dönməli olub.
Şərh əlavə et