Xəbəri Kokpitdə Oxuyun!

Genesis WEC maşınının ilk sınaq yürüşlərini tamamlayıb

Genesis Magma Racing — zavod komandası kimi Hyundai Motor Company konserninə məxsusdur — dözümlülük yarışı üzrə dünya çempionatında 2026-cı ildə debütə hazırlaşır.

Kokpit.az xəbər verir ki, onlar bu istiqamətdə növbəti mühüm addımı atıblar. Komanda bildirib ki, GMR-001 hiperkarının ilkin sınaq yürüşü uğurla başa çatıb.

Şassi fransız şirkəti Oreca ilə əməkdaşlıqda hazırlanıb və qurulub; ilk prototip hazırdır və testlər, həmçinin gələcək Hypercar sinfi “döyüş” sportprotitiopunun təkmilləşdirilməsi üçün daha iki şassi hazırlanacaq.

Komandanın dünən paylaşdığı şəkillərdə maşın qara karbon görkəmində təqdim olunub, ilk sınaq yürüşləri 5 avqustda Fransanın cənubunda Le-Kastelldə yerləşən məşhur Pol-Rikar autodromunda keçirilib və bu trasdakı iş üç gün sonra davam etdirilib. Maşını təcrübəli peşəkarlar Pipo Derani və Andre Lotterer sürüblər – hələlik yalnız onlarla müqavilələr təsdiqlənib.

İrəlidə intensiv testlər və maşının omoloqasiyası proqramı var – o, gələn ilin mart ayında Qətərdə keçiriləcək WEC mövsümünə start mərhələsində trasda olacaq, 2027-ci ildə isə IMSA Amerika çempionatında debüt planlaşdırılıb.

“Hazırda elə bir dövrdəyik ki, elə bil hər gün mərhələli hadisələr baş verir, amma biz məhz belə də işləməliyik, – Genesis Magma Racing komandasının rəhbəri Siril Abitebul bildirib. – Son səkkiz ay planlaşdırmaya və müzakirələrə həsr olunub, amma indi biz hazır maşını görürük və o, məhz gözlədiyimiz kimi işləyir – bu inanılmaz dərəcədə sevindiricidir.

Biz həmçinin komandanın Le-Kastelldəki yeni bazasına köçürülməsi prosesinə başlayırıq. Test proqramına start – işin növbəti mərhələsinin başlanğıcıdır, burada şassi, mühərrik təkmilləşdiriləcək, yeni istehsal sahələri qurulacaq və komanda təşkil olunacaq”.

Elçin Zodorov

Şərh əlavə et