Bununla belə, 20 yaşlı pilot bildirib ki, bu hal ona çətinlik törətmir, çünki vaxtilə Formula 1-də çox parlaq çıxış etmiş atası onun üçün həm nümunə, həm də ilham mənbəyi olub.
Çempionatın rəsmi saytına müsahibə verən Sebastyan Montoya, atası Xuan-Pablo Montoyanın karyerasında oynadığı roldan danışıb: “Mənim atamın Formula 1-də çıxış etdiyini real olaraq xatırlamıran, çünki 2005-ci ildə doğulmuşam, 2006-cı ildə isə o, bu çempionatı tərk edib. Amma şəkillərə və videoyazılara baxmışam. Yadıma gələn ən erkən hadisə yəqin ki, 2005-ci ilin sentyabrında Braziliyada qazandığı qələbədən sonra məni onun kubokunun içinə oturtmaları olub.
Bundan başqa, atamın Formula 1-dəki nailiyyətləri barədə soruşsalar, mən onun Silverstoundakı qələbəsindən danışaram. Əgər 2005-ci ildəki Böyük Britaniya Qran Prisinin ən parlaq anlarına baxsanız, mükafatlandırma mərasimində podiumun yanında anamın məni qucağında tutub “Aslan Kral” cizgi filmindəki Simba kimi qaldırdığını görərsiniz.
Bir də 2001-ci il Braziliya Qran Prisi olub ki, orada o, Mixael Şumaxeri ötməklə yadda qalıb. Bu, inanılmaz ötmə olub! Yaxud Montsada qazandığı ilk qələbəsini xatırlamaq olar. O da çox təsirli olub. Amma mən deyərdim ki, ən parlaq epizod 2003-cü ilin Monako Qran Prisi olub, çünki o, orada qalib gəlib.
Bu il mən ilk dəfə Formula 2 yarışında podiuma yüksəldim və bu da Monakoda baş verdi. Açığı, podiumda olduğumu yalnız himn səslənəndə anladım. Aşağıda dayanmış izdihama baxdım və bu, unudulmaz bir an idi.
Bu mərasimi başqa tərəfdən də gördüm – podyumun altında dayanıb yuxarı baxdım, çünki Monakoda yaşayıram və küçənin o biri tərəfində sevimli dondurma kafem var.
İlin əvvəlində özümə demişdim ki, podiuma yüksəlmək istəyirəm, necə ki, vaxtilə atam yüksəlib. Əlbəttə, qələbə arzulamışam, amma 3-cü yerə də razı oldum və heç şikayət etmədim
Mənə həmişə elə gəlir ki, Monako trasında yaxşı sürət göstərmişəm, amma bunu təsdiqləyəcək nəticə qazana bilməmişəm. Odur ki, həmin an xüsusilə sevindirici oldu, çünki vaxtilə atam da bu trasda uğurlu çıxış etmişdi.
Karyerama gəlincə, atam mənə çox təsir edib… Mənim vəziyyətim digər oğlanlarınkından fərqli olub. Atama görə mənə həmişə bir az fərqli baxıblar, haqqımda başqalarından fərqli danışıblar, çünki mən avtoidmanda populyar olmuş birinin oğluyam.
Amma mən heç vaxt bunun mənfi tərəflərini hiss etməmişəm. Buna öyrəşmişəm və bunu böyük üstünlük hesab edirəm. Atam mənə məşq keçib, o, avtoidman tarixinin ən yaxşı pilotlarından biri olub və bu, yalnız Formula 1-ə aid olmayıb. Onun yanımda olması və hər zaman dəstək göstərməsi əladır.
2002-ci il mövsümündə o, yeddi dəfə pouldan start alıb və bu da atamın fərqlənən uğurlarından biridir. O, qorxmaz pilot olub və mən düşünürəm ki, onun bəzi keyfiyyətlərini miras almışan və ondan çox şey öyrənmişəm.
Sənin rəqiblərinin kim olması və hansının ən sürətli olması fərq etmir. Əgər sən yarışlarda öz işini əla görüb, ixtiyarında olan hər şeyi maksimum səmərəliliklə istifadə edirsənsən – mühəndislərlə yaxşı işləyirsənsə, maşını yaxşı sazlayırsansa, o zaman qarşında heç bir maneə olmur.
Atam və onun nailiyyətləri həmişə mənə ilham verib, bu isə indi də mənim üçün çox önəmlidir”.
Şərh əlavə et