Kokpit.az bildirir ki, ispaniyalı sürücü 1.29.376-lıq zaman nəticəsi ilə sessiyanı zirvədə bağlayıb. Komanda yoldaşı Françesko Banyaya isə 1.29.686-lıq nəticə ilə ikinci olub. Üçlüyü 1.29.7.762 zaman nəticəsi ilə Marko Bezzekki bağlayıb.
Aleks Markes və Franko Morbidelli beşliyi tamamlayıblar. Xoan Mir altıncı, Fabio Kuartararo yeddinci, Xorxe Martin isə səkkizinci olublar.
Sessiya ərzində sürücülər fərqli təkər sazlanmaları ediblər. İlk sürətli dövrə 1.31.462 zaman nəticəsi ilə Fabio Kuartararodan gəlib. Daha sonra liderlik müvafiq olaraq Aleks Markes və Mark Markes arasında əl dəyişdirib.
Şərh əlavə et