Xəbəri Kokpitdə Oxuyun!

Koenigsegg 0-400-0 rekordunu yenidən ələ keçirib

Koenigsegg şirkəti 400 km/saata sürətlənmə və tam dayanma zamanı üzrə rekord müəyyən etdiyini açıqlayıb. Sınaqlar İsveçin Örebro şəhəri aeroportunun uçuş zolağında keçirilib.

Koenigsegg-in zavod test-pilotu Markus Lundh Jesko Absolut-un sükanı arxasında bu tapşırığı 25,21 saniyəyə yerinə yetirib, bunun üçün ona 2049 metrlik düzlük lazım olub.

Qeyd edək ki, bundan əvvəl Örebroda Koenigsegg Jesko Absolut-la 2024-cü ilin iyununda Lundh 400 km/saata sürətlənib və avtomobili 27,83 saniyəyə dayandırıb. Lakin iyul ayında rekordu qısa müddətə elektrik hiperkarı Rimac Nevera qırıb — onun nəticəsi 25,79 saniyə olub.

Koenigsegg Jesko hiperkarı 2019-cu ildə Cenevrədə təqdim edilib. Avtomobil E85 yanacağı ilə işlədikdə 1193 kVt (1622 at gücü) güc hasil edən 5,1 litrlik twin-turbo V8 mühərriki ilə təchiz edilib.

Qeyd edək ki, Absolut Jesko ailəsinin daha sürətli versiyasıdır; burada arxa antiqanadın yerinə iki “üzgəc” quraşdırılıb. Bu variantda avtomobilin asfatlayatma qüvvəsi daha azdır və hava müqavimət əmsalı da aşağıdır. Koenigsegg Jesko Absolut-un hesablanmış maksimal sürəti 560 km/saata yaxındır.

Jesko ailəsinin digər üzvü isə daha çox traslara uyğun olan arxa qanadlı Attack modelidir. Bu yaxında isə Attack-ın bazasında az sayda və daha çox asfaltayatma qüvvəsi hasil edən Sadair’s Spear modeli təqdim edilib.

Elçin Zodorov

Şərh əlavə et