İndi isə gəlin bu bayraqlarla daha yaxından tanış olaq.
Yaşıl Bayraq: Tras təmizdir – yarış başlayır və ya bərpa olunur.
Sarı bayraq: Trasda təhlükə var. Sürəti azalt. Trasın bu sahəsində ötmə etmək qəti qadağandır.
İkili sarı bayraq: Bu artıq zarafat deyil! Trasda böyük təhlükə var. Bunu aradan qaldırmaq üçün trasa marşallar daxil olur. Sürəti azalt və unutma — trasa hər an Təhlükəsizlik Avtomobili (Safety Car) çıxa bilər ya da yarış tamamilə dayandırıla bilər.
Mavi bayraq: Liderlər və daha sürətli maşınlar səni dövrəvi edirlər. Kənara çəkil və onlara yol ver. Əks halda cəzanalacaqsan
Qırmızı bayraq: Yarış dərhal dayandırılır.
Trasda ciddi qəza və ya təhlükə var. Bir başa pit yoluna get!
Sarı–qırmızı bayraq: Trasa yağ tökülüb və səth sürüşkəndir – ehtiyatla idarə et!
Qara-ağ bayraq: Qara-ağ bayraq? Sonuncu xəbərdarkıq işarəsidi. Qaydaları Bir də pozsan, cəzalandırılacaqsan!
Narıncı bayraq: Avtoidmanda narıncı dairəli qara bayraq kimi tanınır və mənası belədir: Maşında texniki nasazlıq var, dərhal pitə girməlisən.
Bu, sürücüyə bildirmək üçün istifadə olunur ki, avtomobilində təhlükə yarada biləcək mexaniki problem var (məsələn, asılqan qırılması, maye sızması, qanadın qırılması).
Qara bayraq: Səni yarışdan diskvalifikasiya edildiyini bildirir.
Damalı bayraq: Yarışın bitməsini bildirən bayraqdır.
Finiş xəttini keçdik və sən bütün bayraqları öyrəndin.
İndi isə bu biliklə trasa çıxmağa hazırsan?
Yaqub Əliyev
Şərh əlavə et