Xəbəri Kokpitdə Oxuyun!

Rosberq bu ilki çempionluq barədə danışıb

2016-cı ilin dünya çempionu Niko Rosberq cari mövsümdə McLaren pilotları Oskar Piastri və Lando Norrisin çıxışları ilə bağlı fikirlərini bölüşüb.

Niko Rosberq: “Artıq Landonun hətta az da olsa, sürətli olduğunu demək olmaz, çünki bunun üçün heç bir əsas yoxdur. Oskar həmişə olduqca sürətli olub və mən görürəm ki, onlar eyni səviyyədədirlər. Çempionluğun taleyi Landonun beynində həll olunacaq. Mənim belə bir təəssüratım var. Bilirəm ki, o, bunun üzərində işləyir, sosial şəbəkələri bloklayır və s.”.

Xatırladaq ki, hazırda Piastri pilotların ümumi sıralamasında 284 xalla birinci yerdədir. Norris isə 275 xalla ikinci pillədə qərarlaşıb. Oskar mövsümə yaxşı başlamışdısa da, son yarışlarda bəxt Landonun üzünə daha çox gülüb…

Elçin Zodorov

Şərh əlavə et