Xəbəri Kokpitdə Oxuyun!

Həmiltonun Ferrari ilə müqaviləsində xüsusu maddə var?

Lüis Həmiltonun Ferrari ilə ilk mövsümü nə onun, nə də Maranellodan olan komandanın istədiyi kimi alınır, buna görə bu əməkdaşlığın perspektivləri barədə son vaxtlar çox danışılır.

Xüsusilə də, yeddiqat dünya çempionu Hungaroringdəki uğursuz sıralanma turundan sonra final sessiyasına keçə bilməyib özünü “faydasız” adlandırdıqdan sonra məsələ gündəmdən düşmür. Lakin nüfuzlu İtaliya nəşri Gazzetta dello Sport Ferrari ilə Həmiltonun müqaviləsinin bəzi detallarını öyrənib və məlum olub ki, əməkdaşlığın nə qədər davam edəcəyinə qərar verən komanda yox, məhz özü olacaq.

Bildirilir ki, əsas razılaşma ikiillikdir, amma üçüncü il üçün opsion var və bundan istifadə etmək yalnız Həmiltonun öhdəsindədir. Yəni, 2027-ci ildə Scuderia üçün çıxış edib-etməyəcəyinə, yoxsa əməkdaşlığı bitirəcəyinə özü qərar verəcək.

İddiaya görə, Maranello bu şərti Həmiltonun Ferrari-yə gətirdiyi kommersiya faydalarına görə qəbul edib, çünki onunla işləmək komandaya mətbuatın daimi diqqətini təmin edir. Qəzet yazır ki, bu yolla “Ferrari istənilən halda onunla əməkdaşlığı davam etdirəcək”.

Bunun belə olub-olmadığını zaman göstərəcək, amma fakt dəyişmir: mövsümün 14 mərhələsi geridə qalıb, Həmilton hələ podiuma yüksəlməyib. Şarl Lekler isə 2025-ci ildə artıq beş dəfə buna nail olub. Lyuis ümumi sıralamada 6-cı yerdədir və xal sayı komanda yoldaşından təxminən yarım dəfə azdır.

Elçin Zodorov

Şərh əlavə et