Xüsusilə bildirilir ki, tərəflər arasında razılaşma artıq əldə olunub və müqavilə barədə açıqlama İtaliya Qran Prisi günlərində edilə bilər.
35 yaşlı meksikalı pilot bir ildir ki, General Motors konserninin gələcək baza komandası ilə danışıqlar aparırdı. İndi isə onun meneceri dəyişib və ehtimal olunur ki, bu da təsadüfi deyil.
PlanetF1 Serxionun atası Antonio Peresin sözlərini sitat gətirir. O, hər zaman oğlunu dəstəkləyib və Red Bull Racing-lə yolları ayrıldıqdan sonra da ona inanıb: “Siz hələ Serxionun ən yaxşı performansını görməmisiniz. Hamı ondan razı qalacaq və qürur duyacaq. Əminəm ki, irəlidə həqiqətən tarixi nailiyyətlər var. O, Formula 1-dən getmir – deyə biləcəyim yeganə şey budur”.
Əgər britaniya nəşrinin məlumatı həqiqətə uyğundursa, növbəti sual meksikalının komanda yoldaşının kim olacağıdır. Şayiələrə görə, əsas namizədlərdən biri Valtteri Bottas idi. Amma amerikalı komanda heyətdə həm təcrübəli peşəkar, həm də gənc perspektivli pilot görmək istəyir.
Bu gənc rolu üçün Aston Martin-in ehtiyat pilotu Felipe Druqoviç əsas namizəd hesab olunurdu. Həmçinin bu kontekstdə hazırda Formula 2-də titul uğrunda mübarizə aparan amerikalı Cek Krouford və irlandiyalı Aleks Dannın adları çəkilirdi. Bir müddət əvvəl namizədlər siyahısında Mik Şumaxer də vardı. Xüsusən də yeni komandanın rəhbəri Qrem Loudon onun haqqında yüksək fikirlər səsləndirmişdi.
Lakin bu yaxınlarda Jak Villnöv kəskin şəkildə bildirib: “Mik Şumaxerin Haas-da çıxış edərkən çətinlikləri oldu. Onu təcrübəli pilot da hesab etmək olmaz. Ona güvənmək üçün əsaslı səbəb yoxdur”.
Şərh əlavə et