Xəbəri Kokpitdə Oxuyun!

Brandl Ferstappeni tərifləyib

Keçmiş Formula-1 pilotu, hazırda ekspert kimi fəaliyyət göstərən Martin Brendl, dördqat dünya çempionu Maks Ferstappenin 2025 mövsümünün ilk yarısındakı çıxışlarını yüksək qiymətləndirib.

Kokpit.az xəbər verir ki, təcrübəli mütəxəssis niderlandlı sürücünün builki çıxışı barədə xoş sözlər deyib: “Bəli, Maks mövsümün ilk yarısında bir neçə əla dövrə vurdu, mən hətta onun bir poul zəfərini “lazer hədəfli poul” kimi təsvir etmişdim. O, bolidi mükəmməl idarə edir.

Maşın trasda əla gedirdi, Maks da onun öhdəsindən gələ bilirdi. Sadəcə pilotaj tərzini bir az dəyişdi və sürətini artırdı. Məsələn, Spa-da çox cəsarətli idi, az asfaltayatma qüvvəsi hasil edən arxa qanad sayəsində ən çətin döngələrin bəzilərini problemsiz keçirdi”.

Qeyd edək ki, Ferstappen yay tətilinə çempionatda üçüncü yerdə – liderin 97 xal gerisində yollanıb…

Elçin Zodorov

Şərh əlavə et