Yay fasiləsindən sonrakı ilk yarış Niderlandda keçiriləcək. Zandfort trasındakı keçiriləcək mərhələ buradakı sondan ikinci yarış olacaq, çünki trasın Formula 1-lə müqaviləsi 2026-cı ildə başa çatır.
Aleks Elbonun zandfort trası ilə bağlı qarışıq hissləri var. O, bu trası supermarketlə müqayisə edib və çox dar olduğunu deyib. Bununla belə, orada yarışmaqdan zövq aldığını vurğulayıb: “Zandfort elə dar trasdır ki, əslində Formula 1 maşınları ilə orada yarışmaq olmaz, amma icazə verilməsi əladır. Orada elə bil super marketdə sürürsən! Heç yer yoxdur, amma çox yüksək sürətlərə çıxmaq mümkündür.
Tras çox dardır, amma elə buna görə də pilotların xoşuna gəlir. Hava da həmişə maraqlı olur. Külək çox güclüdür və orada uçurtma uçurtmaq istəyənlər üçün əla fürsət var, amma yarış maşını idarə etmək bir o qədər də zövq vermir. Amma bu hal trası çətinləşdirir.
Nədənsə bizim Williams komandasında hamı bu trası sevir, baxmayaraq ki, bunun üçün xüsusi səbəb yoxdur”.
Elbonun Zandfortdakı ən yaxşı nəticəsi hələ ki, 2023-cü ildə əldə etdiyi 8-ci yer olub.
Şərh əlavə et