Kokpit.az bildirir ki, Maks Ferstappen gələn il də Red Bull Racing komandasında çıxış edəcək, lakin onun komanda yoldaşının kim olacağı hələ məlum deyil, çünki Yuki Tsunodanın müqaviləsi mövsümün sonunda başa çatır.
Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, qərar yay fasiləsindən sonra veriləcək: “Adətən biz pilotlarımızı yay fasiləsindən sonra dəyərləndiririk. Hazırda heç nə qərara alınmayıb. Biz həm müsbət, həm də mənfi nəticələri nəzərə alırıq.
Yukiyə gəlincə, o, həmişə Honda-nın himayəsində olub. Buna görə də onlarla danışıqlar aparılır. Görək, nəticə necə olacaq.
Maksın növbəti komanda yoldaşı kim olursa-olsun, onu qabaqlamağa çalışmamalıdır. O, həm özü, həm də komanda üçün ən yaxşı şəkildə iş görməlidir. Amma hazırda Maksı qabaqlamaq mümkün deyil”.
Qeyd edək ki, Yuki Tsunoda bu il gözləntiləri qarşılamır və o, Red Bull-a gəldikdən sonra sadəcə 3 yarışdan xalla ayrıla bilib.
Şərh əlavə et