Xəbəri Kokpitdə Oxuyun!

D.Rikkardo təqaüddən sonra nə edir?

Sabiq Formula 1 sürücüsü Daniel Rikkardo təqaüdə çıxdıqdan sonra nə etdiyi barədə danışıb.

Avstraliyalı sürücü Formula 1 karyerasını başa vurduqdan sonra demək olar ki, medianın diqqətindən kənarda qalıb və bu, onun şəxsi seçimidir. Buna görə də avstraliyalı pilotun həmin dövrdə nə ilə məşğul olduğunu az adam bilirdi.

Ray White şirkətinin təşkil etdiyi konfransda çıxış edən Daniel Rikkardo bildirib ki, bu müddətin bir hissəsini turizmə sərf edib. O, Alyaskada da olub və zarafatla qeyd edib ki, “vəhşi heyvanlar tərəfindən parça-parça olunmaqdan qaça bilib”.

Daniel Rikkardo: “Ümumiyyətlə, saqqalımı qırxmağı dayandırdım və indi saqqalımla özümü rahat hiss edirəm. Bu il həm də özümü kəşf etməyə həsr olunub. Uzun illər sürətli həyat yaşadım, ona görə bu dəfə  bir az sakitlik istədim. Vaxtım çoxdur, turizmə başladım.

Bir neçə həftə əvvəl Alyaskada oldum və qrizli ayısı tərəfindən parçalanmadım. Bu da mənim üçün bonus oldu. Öz-özümə sual verdim: Əgər mən artıq pilot deyilsəm,bəs  kiməm? Xırda şeylərin dəyərini daha çox başa düşməyi öyrəndim, ailə və dostların əhəmiyyətini anladım.

Həmişə məqsədyönlü olmuşam, amma bu, bəzən eqoistliyə gətirib çıxarır. İndi isə çalışıram ki, özümü az düşünüb başqalarını daha çox dinləyim…”

Rauf Hacıyev

Şərh əlavə et