Aleks Elbonun Williams komandası ilə uzunmüddətli müqaviləsi var və bu anlaşma ən azı 2026-cı ilin sonuna qədər qüvvədə qalacaq. Taylandlı pilot mövsümü inamla keçirir və çümpionatda yalnız McLaren, Red Bull, Mercedes və Ferrari sürücülərinə uduzur.
Taylandlı sürücü digər komandaların ona maraq göstərdiyini inkar etmir, amma o, Williams-da qalaraq, burada uğur qazanmaq niyyətindədir:
Aleks Elbon: “Bu il mənim dəyərimin artdığı açıq-aşkar görünür, amma diqqətim hələ də tamamilə Williams komandasının üzərində cəmlənib. Komanda ilə uzunmüddətli müqaviləm var və birlikdə nəyə nail olacağımızı görmək mənə maraqlıdır.
Komandada mənimlə müqayisədə daha uzun müddətdir çalışan insanlar var. Məsələn, Censon Batton, amma mən də buraya çox vaxt və güc sərf etmişəm. Ona görə də işimizi sona çatdırıb əməyimizin bəhrəsini görmək istəyirəm.
Artıq nəticə əldə etməyə başladığımızı hiss edirəm. McLaren istisna olmaqla, sabitliyi ilə seçilən başqa komanda yoxdur və düşünürəm ki, Williams-dan başqa heç kim ildən-ilə bu qədər sürətli inkişaf etməyib.
Mən bu prosesin bir hissəsi olmuşam və onu sona qədər bu prosesi keçmək istəyirəm”.
Şərh əlavə et