Kokpit.az xatırladır ki, Qabriel Bortoleto Formula 1-də debüt mövsümünü inamla keçirir. Onun Sauber-dəki təcrübəli komanda yoldaşı Niko Hülkenberq braziliyalı pilotun müsbət xüsusiyyətləri barədə danışıb.
Niko Hülkenberq: “Qabriel gənc, ağıllı və çox sürətli oğlandır. O, işinə bağlı, diqqətli və çox çalışqandır. Doğru yanaşması var və sürəti də yerindədir. Debütant olmasına baxmayaraq, məndə güclü təəssürat yaradıb.
Komanda yoldaşı kimi onun telemetriyasına baxıram, sərbəst yürüşlərdən və yarışlardan sonra dediklərini dinləyirəm və bütün bunlar məni çox təsirləndirir. Onun böyük pilot olmaq və uzun, uğurlu karyera qurmaq üçün hər şeyə sahib olduğunu düşünürəm.
Qabriel komandaya gəlməmişdən əvvəl onu yaxşı tanımırdım, buna görə də mənə sürpriz olub. Aramız yaxşıdır, bir-birimizi irəli aparırııq. Rəqabətimiz komanda üçün faydalıdır, eyni zamanda bir-birimizə kömək edirik. Onunla işləmək həm müsbət, həm də xoşdur”.
Şərh əlavə et