Xəbəri Kokpitdə Oxuyun!

Formula 1-də rekord qırıla bilər

McLaren komandası bu il Formula 1 tarixində yeni rekord qıra bilər.

McLaren komandası 2025-ci ildə həm Mühəndislər Kubokunda, həm də Sürücülər Çempionatında çempionluğa doğru inamla irəliləyir. Mövsümün sonuna on mərhələ qalmış Uoking təmsilçisi ən yaxın izləyicisi Ferrari-yə  299 xal fərq atıb. Çempionarın lideri Oskar Piastri isə komanda yoldaşı Lando Norrisdən 9, Maks Ferstappendən isə 97 xal öndədir.

Keçirilmiş 14 yarışın hər birində Piastri və Norris 12 dəfə podiuma yüksəliblər. Beləliklə, bu mövsüm McLaren-in aktivində  artıq 24 podium var. Bu nəticə ilə britaniyalılar bir mövsümdə ən çox podium qazanan komandalar siyahısında 15-ci yeri tutur. Siyahının lideri isə 2016-cı ildə 33 podium əldə etmiş Mercedes-dir.

Oskar Piastri və Lando Norris qalan 10 Qran Pridə 10 dəfə də podiuma yüksəlsələr, Mercedes-in rekordunu qıracaqlar. Bunun baş vermə ehtimalı isə kifayət qədər yüksəkdir. Əgər hadisələr McLaren-in xeyrinə inkişaf etsə, komanda yeni podium rekordunu oktyabrda –  Ostin şəhərində keçirilən ABŞ Qran Prisində qıraraq, tarixə düşə bilər.

Rauf Hacıyev

Şərh əlavə et