Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns Williams-ın zəif yönlərini sayıb

Williams komandasının heyətində 14 yarışa çıxmış Karlos Sayns artıq bolidin xüsusiyyətləri barədə tam təsəvvür formalaşdırıb. Macarıstan yarışından sonra ispaniyalı pilot bildirib ki, FW47 modelinin bəzi çatışmazlıqları var.

Kokpit.az xatırladır ki, Britaniya komandası mövsümə yaxşı başlasa da, son yarışlarda qismən geriyə qalmağa başlayıb. FW47 bolidi xüsusilə də aerodinamika tələb edən traslarda gözdən itib.

Karlos Sayns: “Maşının uzun döngələrdə aerodinamik göstəriciləri nisbətən zəifdir. Belə döngələrdə girişdən orta hissəyə qədər güclü asfaltayatma qüvvəsi tələb olunur, amma bizdə bu, problem olaraq qalır və artıq xeyli müddətdir davam edir.
Bizim maşına daha çox uzun düzlükləri və kəskin döngələri olan traslar uyğundur. Amma hazırda Barselona, Macarıstan və Qətərdəki kimi uzun döngələri olan traslarda yarışırıq.

Gələcəkdə bu problemi həll etmək üçün bolidin fəlsəfəsinə yenidən baxmaq lazımdır. İndi konkret nələri dəyişməli olduğumuzu anlamağa çalışırıq ki, növbəti ilin maşını daha universal olsun və müxtəlif tipli traslarda effektiv işləsin”.

Rauf Hacıyev

Şərh əlavə et