Xəbəri Kokpitdə Oxuyun!

Horner özünü axmaq kimi aparırdı

Red Bull Racing-dən qovulmuş Kristian Horner mübahisəli şəxsiyyət kimi tanınıb və keçmiş həmkarlarının ona münasibəti tamamilə fərqli olub.

Kokpit.az xatırladır ki, Red Bull komandası keçən ay Kristian Horner ilə yollarını ayırmış və onun əvəzinə Loren Mekisi gətirmişdi.

McLaren Racing-in rəhbəri Zek Braun Horner olmadan Formula 1-in daha yaxşı olduğunu deyib. Lakin Mercedes komandasının rəhbəri Toto Volf tam əks mövqedən çıxış edərək keçmiş rəqibi üçün artıq darıxdığını bildirib.

Toto Volf: “Kristian üçün darıxıram, çünki biz 12 il ərzində onunla mübarizə aparmışıq. O, tez-tez özünü axmaq kimi aparırdı və mən bunu ona açıq şəkildə deyirdim.

Bilirsiniz, Horner mübahisəli komanda rəhbəri idi, amma eyni zamanda heyətimizin əsas fiqurlarından biri idi. Onun karyera nailiyyətləri və trasdakı rekordları hər şeydən xəbər verir.

Belə deyim, Hornerin gedişi köhnə ‘dinozavrlardan’ birinin yoxa çıxmasına bənzəyir. Komanda rəhbərləri arasında belə adamlar az qalıb, buna görə də özümü bir az tənha hiss edirəm”.

Qeyd edək ki, Kristian Horner 2005-2025-ci illərdə Red Bull komandasının rəhbəri işləmiş və bu müddət ərzində 8 Sürücülər, 6 Mühəndislər Çempionluğu qazanmışdı.

Rauf Hacıyev

Şərh əlavə et