Testlər ötən ildən başlayan Haas və Toyota Gazoo Racing arasında texniki əməkdaşlıq çərçivəsində baş tutub. Bu səbəbdən sürücü seçimi Yapon şirkətinin öhdəsinə verilib.
Çərşənbə axşamı VF-23-ün sükanı arxasına Ryo Hirakava keçib. Beləliklə, 2008-ci ilin Yaponiya Qran Prisindən bəri Fudzidə ilk dəfə Formula 1 bolidi trasa çıxıb. Testlər Toyota-nın yarış festivalı çərçivəsində baş tutub, biletlər satışa çıxarılıb və tribunalar azarkeşlərlə dolub.
Çərşənbə günü isə hazırkı Yaponiya SuperFormula çempionu və Super GT seriyasında çıxış edən Şo Tsuboi ilk dəfə Formula 1 bolidini sürüb.
Haas komandasının rəhbəri Ayo Komatsu testlər barədə deyib: “Toyota, Tsuboini sükan arxasına keçirmək istəyirdi, çünki o, SuperFormula çempionudur. Məncə, bu, çox yaxşı fürsətdir, çünki Formula 1 Yaponiyada getdikcə daha çox populyarlıq qazanıb”.
Şərh əlavə et