Xəbəri Kokpitdə Oxuyun!

Ferstappen təslim olub

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, o, mövsümün qalan yarışlarında qələbə gözləmir.

Kokpit.az xatırladır ki, niderlandlı sürücü bu il Yaponiya və Emiliya Romanya Qran Prilərində iki qələbə qazanıb. Lakin son yarışlar onun üçün heç də yaxşı getməyib. Belə ki, son dörd ilin Dünya Çempionu Kanadadan sonra – son 4 yarışda podium görməyib.

Maks Ferstappen Macarıstan yarışından sonra verdiyi açıqlamada bildirib ki, mövsümün sonunadək daha bir qələbə əldə edə biləcəyinə şübhə ilə yanaşır: “Əgər hər şey indiki kimi davam etsə, daha qələbə olmayacaq. Bu, aydındır, çünki vəziyyət belədir. Mən bunun üçün heç nə edə bilmirəm. Hirslənə bilərəm, amma bu, maşınımı daha sürətli etməyəcək.

Artıq çoxlu həll yolu sınamışıq, amma hazırda heç nə işləmir. Bir neçə ideyam var, amma onları ictimaiyyətə açıqlaya bilmərəm. Sadəcə gözləmək və hər həftəsonundan sonra hər şeyi təhlil etmək qalır.

Lakin belə nəticələr artıq məni məyus etmir, çünki biz artıq heç nə uğrunda mübarizə aparmırıq”.

Qeyd edək ki, Maks Ferstappen hazırda çempionatda üçüncü yerdədir və lider Oskar Piastridən 97 xal geri qalır.

Rauf Hacıyev

Şərh əlavə et