Xəbəri Kokpitdə Oxuyun!

F3-də gələn ilin ilk müqaviləsi imzalanıb

Euroformula Open Seriyasında çıxış edən Evan Devid gələn ildən etibarən Formula 3-də AİX Racing-in şərəfini qoruyacaq.

Kokpit.az bildirir ki, bununla da Formula 3-də 2026-cı il üçün ilk müqavilə imzalanıb. Şri-Lankalı çempionatında AIX Racing komandasında debüt edəcək və o, F3-də yarışan ilk şri-lankalı sürücü olacaq.

Evan 2025-ci ildə Euroformula Open seriyasında yarışır. Beş mərhələdən sonra onun aktivində dörd qələbə, doqquz podium, bir poul, bir ən sürətli dövrə var. O,  çempionatda ikinci yerdədir.

Evan Devid: “Formula 3-də Şri-Lankadan olan ilk pilot imkanını verdiyi üçün AIX Racing-ə çox minnətdaram. Komanda yaxşı reputasiya qazanıb və ümid edirəm ki, qarşıdakı mövsümdə birlikdə çox şey qazanacağıq”.

Rauf Hacıyev

Şərh əlavə et