Çərşənbə günü Hunqarorinqdə trasda iki komanda – Ferrari və Alpine – yer alıb. Səhər saatlarında Şarl Lekler və Franko Kolapinto qısa yürüş seriyalarında C3, C4 və C5 tərkiblərini sınayıblar. Nahardan sonra isə proqram üzrə yarış tempində testlər keçirilib və bu mərhələdə daha sərt C2 tərkibi qiymətləndirilib.
Şarl Lekler 144 dövrə vurub və onun ən yaxşı nəticəsi 1:19.407 olub. Franko Kolapinto isə qəza etməzdən əvvəl 25 dövrə vurub, Alpine pilotunun ən sürətli dövrəsi 1:20.270 olub.
Pirelli-nin yarış bölməsinin rəhbəri Mario İzola testləri belə dəyərləndirib: “Bu iki gün ərzində çox məhsuldar iş apardıq və növbəti mövsüm üçün tərkiblərin hazırlanmasında irəliləyiş əldə etdik.
Hunqarorinq mürəkkəb trasdır – burada çoxsaylı yavaş döngələr var və bu, qısa dövrələrdə belə təkərlərə böyük enerji yüklənməsi olur. Bu amillər test prosesini çətinləşdirib, xüsusən də 2026-cı ildə əsas rol oynayacaq tərkiblər üçün… Gələn mövsümdə də tələr tərkibləri C1-dən C6-ya qədər olacaq.
Franko Kolapintonun qəzasına görə bir qədər vaxt itirməyimzə baxmayaraq, topladığımız məlumatlar çox faydalıdır. Qəza təkərlərlə əlaqəli olmayıb.
Təkərlərin quruluşuna gəlincə, 1 sentyabr tarixinədək homologasiya üçün son qərarları yoxlamışıq.
İndi bizi Montsa, Mucello və Meksikada daha üç test sessiyası gözləyir. 15 dekabr tarixində homologasiya ediləcək tərkiblərin yekun hazırlıqları həmin testlərdə tamamlanacaq”.
Şərh əlavə et