Kokpit.az xatırladır ki, Frederik Vassyör Ferrari-yə 2023-cü ildə gəlsə də, hələ də böyük bir uğur qazana bilməyib.
Jak Vilnöv: “Ferrari-nin Frederik Vassyör ilə müqaviləni uzatması düzgün qərardırmı ? Bunu demək çətindir.
Amma əsas məsələ komandanın daxilində işlərin nə qədər uyumlu getməsidir.
Əgər qərar verilibsə, deməli, pilotlar onunla işləməkdən razıdırlar və onun dəstəyini hiss edirlər.
Bu üçlük vahid bir qrup kimi formalaşıb və gələcək üçün bu, müsbət ola bilər.
Lakin əgər yalnız nəticəyə baxsaq, o zaman deyə bilərik ki, inkişaf olmayıb və Ferrari uğurlu komanda deyil”.
Jak Vilnöv bildirib ki, yeni və mürəkkəb texniki reqlamentin qüvvəyə mindiyi dövrdə rəhbəri dəyişmək çətin qərardır. Lakin o, vəziyyətə fərqli yanaşma tərəfdarıdır: “Bu vəziyyətdə rəhbəri dəyişməmək daha asan qərardır. Amma mən belə düşünürəm: əgər hər şey yaxşı gedirsə, heç nəyi dəyişməyə ehtiyac yoxdur. Əgər heç nə işləmirsə, o zaman dəyişiklik həmişə xeyirlidir”.
Şərh əlavə et