Kokpit.az bildirir ki, McLaren və Alpine testlərdə 2023-cü il, Racing Bulls isə 2024-cü il bolidlərindən istifadə edib. Komandalara Pirelli tərəfindən test edilən təkərlərin quruluşu və tərkibi barədə heç bir məlumat verilməyib. Sürücülər üzərində yalnız rəqəmlə işarələnmiş, markasız təkərlərlə işləyiblər. Testlərin ümumi nəticələri isə daha sonra bütün komandalarla paylaşılacaq.
Günün ən yaxşı nəticəsini Alpine komandasının sürücüsü Pauk Aron göstərib. O, 159 dövrə vuraraq 1:18.789 zaman nəticəsi əldə edib. İkinci nəticə Lando Norrisə məxsus olub. Britaniyalı sürücü 144 dövrə vuraraq, 1:19.272 zaman nəticəsi göstərib. Üçüncü nəticəni isə Liam Louson qeydə alıb – 143 dövrədə 1:19.510.
Testlər bu gün davam edəcək. Alpine bolidinin sükanı arxasında Franko Kolapinto və Pyer Qasli, Ferrari-də isə Şarl Lekler yer alacaq.
Şərh əlavə et