Xəbəri Kokpitdə Oxuyun!

N.Hülkenberq: Pis sıralanma işimizi çətinləşdirdi

Sauber komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, Macarıstan yarışına geridən başlamaq onun işini çətinləşdirib.

Kokpit.az xatırladır ki, almaniyalı sürücü Hunqqrorinqdəki yarışı 12-ci yerdə tamamlayıb və xalsız qalıb.

Niko Hülkenberq: “Çətin yarış idi. Arxa cərgələrdən start alırdıq və dar trasda sıx trafiklə mübarizənin çətin olacağını bilirdik.

İki pit-stoplu aqressiv strategiya seçdik və bu, ümidverici görünürdü, lakin nəticədə bir pit-stoplu variant daha səmərəli oldu.

Nəticəmə əsas təsir edən məqam uğursuz sıralanma turu oldu, amma komanda yoldaşım Qabrielin komandaya səkkiz xal qazandırmasına görə sevinirəm.

Barselonadakı yarışdan sonra ciddi irəliləyişə nail olduq – artıq ardıcıl altı yarışdır ki, xal toplayırıq. İndi orta qrupda özümüzü inamla göstəririk və bu, komandanın göstərdiyi gərgin əməyin nəticəsidir. Yay fasiləsində dincəlib, döyüşə qayıdacağıq və yeni mübarizələrə tam hazır olacağıq”.

Rauf Hacıyev

Şərh əlavə et