Kokpit.az xatırladır ki, Red Bull Hunqarorinqdə Maks Ferstappenlə 9-cu olub və cəmi iki xal qazana bilib.
Loran Mekis: “Əgər problemin nədə olduğunu dəqiq bilsəydik, onu çoxdan həll edərdik. Yeganə deyə biləcəyim odur ki, biz problemi birinci sərbəst yürüşün ilk dövrəsində gördük, bir-birimizə baxıb ‘Nə baş verir?’ deyə soruşduq.
Maşın bütün yavaş və orta sürətli döngələrdə tempdən geri qalırdı və bu, balansla bağlı deyildi. Maşını iş rejiminə sala bilmirdik, təkərləri işə salmaq olmurdu. Belə hallar bəzən olur, amma bu qədər ciddi şəkildə yox. Əvvəldən nəyinsə qaydasında olmadığını hiss edirdik.
İki maşında fərqli sazlama variantlarını sınadıq, amma bu da kömək etmədi – təkərləri nə qısa, nə də uzun məsafədə işə sala bildik.
Bəzən düzgün işləmə intervalına təsadüfən və ya təcrübə sayəsində düşmək olur, amma bu dəfə alınmadı. Artıq bir neçə dəfə demişik ki, bu maşının işləmə intervalı dar çərçivədədir, bəzən isə çox dar olur – bu həftəsonu isə o qədər dar idi ki, biz onu tuta bilmədik”.
Şərh əlavə et