Kokpit.az xatırladır ki, yeni zelandiyalı sürücü Macarıstan yarışını 8-ci yerdə bitirərək, aktivinə 4 xal yazdırıb. O, yarışın böyük hissəsində dördqat Dünya Çempionu Maks Ferstappenə qarşı müdafiə olunub.
Liam Louson: “Çox məmnunam. Yarış çətin keçdi. Trafik səbəbindən pit-stop üçün uyğun anı tapmaq asan olmadı, lakin tempimiz yüksək idi və təkərlərin yeyilməsi yaxşı nəzarət etdik. Üstəlik komanda hər şeyi əla şəkildə yerinə yetirdi.
Maks kimi bir sürücünü arxada saxlamaq heç də asan deyil, amma seçdiyimiz strategiya bizə finişə qədər mövqeyimizi qorumağa imkan verdi.
Son yarışlarda daha sabit çıxış etməyimiz sevindiricidir, amma əsas məsələ bu dinamikanı yay fasiləsindən sonra da davam etdirməkdir”.
Yarışda 11-ci yeri tutan Ayzek Hacar isə yarış barədə bunları deyib: “Xal qazana bilməməyim məyusedicidir. Bütün həftəsonu tempimiz yüksək idi və yarışa böyük inamla çıxmışdım. Təəssüf ki, start yaxşı alınmadı. İlk dövrədə əlimdən gələni etdim, amma mövqe itirdim və digər maşınların arxasında ilişib qaldım.
Komanda və Liam üçün yaxşı nəticədir. Maşının potensialı var, sadəcə olaraq, uğurlu nəticə üçün hər şeyi düzgün anda bir araya gətirməliyəm. Son yarışlarda bir qədər bəxtim gətirmədi, amma mövsümün ikinci hissəsinə optimist yanaşıram”.
Şərh əlavə et