Alpine komandasının pilotu həkim müayinəsindən keçib və qısa müddətdə buraxılıb. Günorta saatlarında Franko yenidən sükan arxasına qayıdıb, lakin bu dəfə Pirelli testlərinin deyil, TPC proqramı çərçivəsində (Testing of a Previous Car – əvvəlki illərə aid bolidin testləri) 2023-cü il bolidi A523 ilə trasa çıxıb.
Günün ilk yarısında Pyer Qasli də TPC proqramı çərçivəsində A523-i sürüb.
Plana əsasən günorta saatlarında Qaslinin Pirelli testlərinə qoşulması nəzərdə tutulmuşdu. Lakin Pirelli testləri üçün xüsusi hazırlanmış bolidin qəza zamanı aldığı zədələr səbəbilə fransız pilotun sükan arxasına keçə bilməsi sual altında qalıb.
Şərh əlavə et