Xəbəri Kokpitdə Oxuyun!

Ferrari Sürücü Akademiyasında iki yeni üzv

Ferrari Akademiyası iki yeni üzv qəbul edəcək – 2026-cı ilin yanvarından etibarən proqrama danimarkalı Alba Larsen (2008-ci il təvəllüdlü) və italiyalı Nikolo Maççanyani (2010-cu il təvəllüdlü) qoşulacaq.

Alba Larsen “Girls on Track – Rising Star” layihəsinin dördüncü mövsümünün qalibi olub. O, 14 yaşında Fyoranodakı final mərhələsində Ferrari mütəxəssislərinin diqqətini cəlb edib və bu mövsüm Formula 1-in qadınlar üçün nəzərdə tutulan Akademiyasına qoşulub. İştirak etdiyi 8 yarışın 7-də xal toplayaraq, ümumi sıralamada 6-cı yerdə qərarlaşıb. Ferrari isə bu nəticələri yetərli hesab edərək, onunla əməkdaşlığı davam etdirmək qərarına gəlib.

Nikolo Maççanyani isə kartinqdə qazandığı uğurlarla seçilib və Ferrari şirkəti gənc həmyerlisini dəstəkləmək üçün onu Akademiya proqramına daxil edib.

Rauf Hacıyev

Şərh əlavə et