Xəbəri Kokpitdə Oxuyun!

Pirelli testləri başlayıb

2026-cı il üçün nəzərdə tutulan təkər prototiplərinin iki günlük test seriyası bu gün səhər Hunqarorinqdə başlayıb.

Proqram çərçivəsində sentyabrın 1-dək homologasiya olunmalı olan müxtəlif konstruksiya variantları və sonradan homologasiya ediləcək C3-dən C5-ə qədər Soft təkər tərkibləri qiymətləndirilir.

Testlərin ilk günündə trasa McLaren sükanı arxasında Lando Norris, Racing Bulls komandasında Liam Louson və Alpine ilə Paul Aron yer alıb.

Rauf Hacıyev

Şərh əlavə et