Kokpit.az xatırladır ki, bununla da “narıncılar” builki ardıcıl dördüncü poulunu əldə edib.
Yarışın son dövrələrində Lando ilə Oskar arasında baş verən gərgin mübarizəyə baxmayaraq, McLaren pilotları möhtəşəm çıxış edərək dubla nail olub. Podyumu Mercedes komandasının sürücüsü Corc Rassell tamamlayıb.
Yarışdan sonra McLaren komandasının rəhbəri Andrea Stella belə danışıb: “Macarıstanda əldə etdiyimiz bu möhtəşəm dubl McLaren tarixindəki 200-cü qələbəmiz oldu.
Bu uğuru Brus Maklarenin irsini davam etdirərək, qazanmaqdan böyük qürur duyuruq”.
Stella Norrisin yarış strategiyasını da yüksək qiymətləndirib: “Bu gün iki pit-stop strategiyası bir qədər sürətli idi, lakin Lando trasdakı mövqeyi sayəsində tək pit-stopla getməyi bacardı.
O, yarışın ilk hissəsində Medium, ikinci hissəsində isə Hard təkərlərə mükəmməl nəzarət edərək, tempini sonadək qorudu”.
Komanda rəhbəri həmçinin Oskar Piastriyə də xüsusi təşəkkür edib: “Oskar bu həftəsonu ilə fəxr edə bilər. Çox sürətli idi və yarışın sonunda birincilik uğrunda mübarizə çox yaxın keçdi.
Həm Lando, həm də Oskar bütün imkanları maksimum dəyərləndirməyə çalışdı. Yarış hər iki pilotun xeyrinə bitə bilərdi”.
Andrea Stella, komandanın ardıcıl 4-cü dubl nəticəsinə də toxunaraq, sözlərini belə tamamlayıb: “Yay faziləsinə ardıcıl dörd dubl nəticəsi ilə gedirik. Bu həqiqətən fantastik bir nailiyyətdir.
Trasda və Vökinqdə çalışan bütün əməkdaşlara təşəkkürlər! Bu 200-cü qələbədə hər kəsin payı var”.
Şərh əlavə et