Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: F1-i sevirəm

Ferrari komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, bütün çətinliklərə baxmayaraq, yarışmağı hələ də sevir.

Kokpit.az xatırladır ki, yeddiqat Dünya Çempionu Macarıstan yarışına 12-ci yerdə başlayıb və finişə də 12-ci yerdə çatıb.

Lyuis Həmilton: ”Şənbə günü dediklərim elə də xüsusi bir vəziyyət deyildi, bəzən necə hiss edirsənsə, elə də danışırsan.
Hazırda arxa planda o qədər də yaxşı getməyən bir çox şey var.

Bütün bunlara rəğmən yarışmağı hələ də sevirəm. Formula 1-i hələ də sevirəm.

Əhvalım şənbə günü olduğu kimidir. Sadəcə olaraq sabahı gözləyirəm. Yay fasiləsinin başlaması yaxşı oldu. Artıq bir az işdən uzaqlaşıb dincəlməyi səbirsizliklə gözləyirəm.

Makla insident? Onu son anda gördüm. Arxa təkərimə çox yaxınlaşmışdı və mən təmasdan yayınmağa çalışdım”.

Rauf Hacıyev

Şərh əlavə et