Xəbəri Kokpitdə Oxuyun!

H.Marko: Şansımız qalmadı

Macarıstandakı uğursuzluqdan sonra Red Bull-un idman məsləhətçisi Helmut Marko təəssüflə etiraf edib ki, bu mövsüm Maks Ferstappenin çempionluq şansları artıq yalnız riyazi baxımdan mövcuddur…

Kokpit.az xatırladır ki, niderlandlı sürücü Macarıstan yarışında 9-cu yeri tutaraq, cəmi iki xal qazanıb. Bununla da o, mövsümün sonuna 10 yarış qalmış çempionatın lideri Oskar Piastrinin 97 xal gerisinə düşüb.

Helmut Marko: “Artıq çempionluq şansımız yoxdur. Aydın məsələdir ki, bu, mümkün deyil. Biz yarışda ən yaxşı şəkildə çıxış etmədik. Ötmək doğrudan da çətin idi, yəqin ki, bir pit-stopla kifayətlənmək lazım idi, amma o halda belə biz yalnız beşinci və ya altıncı yerə ümid edə bilərdik.

Yarışın əvvəlində təkərlər sürətlə effektivliyini itirdi, biz isə pit-stopdan sonra ötmə edə biləcəyimizə ümid edirdik, amma Maks yalnız bir neçə dövrə liderlərin tempi ilə gedə bildi və ondan sonra sürət itdi. Biz bu vəziyyətin səbəbini tapmalıyıq”.

Rauf Hacıyev

Şərh əlavə et