Xəbəri Kokpitdə Oxuyun!

Lekler və Qasli cərimələniblər

Pyer Qasli və Şarl Lekler Macarıstandakı yarış zamanı etdikləri hərəkətlərə görə cərimə balları ilə cəzalandırılıblar.

Yarışın stüardları Karlos Saynsla toqquşmaya görə Alpine komandasının pilotu Qasliyə 10 saniyəlik zaman cəzası və 2 cəza balı veriblər. Bu, Pyerin son 12 ayda aldığı ilk cəza xallarıdır. Cəza səbəbindən o, 19-cu yerə qədər geriləyib.

Ferrari komandasının pilotu Şarl Lekler isə Corc Rasselin hücumlarına qarşı müdafiə zamanı əyləcləmə nöqtəsində trayektoriya dəyişdirdiyinə görə 5 saniyəlik vaxt cəzası və 1 cərimə balı alıb. Bu, onun da son 12 ayda aldığı cəza balı olub. Lakin bu cəza Şarlın protokoldakı mövqeyinə təsir etməyib.

Rauf Hacıyev

Şərh əlavə et