Xəbəri Kokpitdə Oxuyun!

L.Stroll sürətin səbəbini bilmir

Aston Martin komandasının sürücüsü Ləns Stroll bildirib ki, Macarıstanda niyə güclü olduqlarını hələ anlamayıb.

Kokpit.az xatırladır ki, kanadalı sürücü altıncı başladığı Macarıstan yarışını yeddinci yerdə bitirib.

Aston Martin komandası əvvəlki yarış olan Belçikada çox pis yarış keçirmiş və sonuncu yerləri tutmuşdu. Bu yarışda isə onlar beş və yeddinci yerlərdə qərarlaşıblar.

Ləns Stroll: “Komanda üçün əla gündür. İstirahətə yüksək əhval-ruhiyyə ilə yollanmaq və yarışda 16 xal qazanmaq xoş hissdir. Amma burada niyə keçən həftə Spadakından daha güclü  olduğumuzu dəqiqləşdirməliyik. Yay fasiləsindən sonra vəziyyətin Zandfortda necə olacağını görəcəyik – ora tamamilə fərqli trasdır”.

Aston Martin komandası isə Hunqarorinqdəki yarışdan 16 xal toplayaraq, yay fasiləsindən əvvəl Mühəndislər Kubokunda 6-cı yerə yüksəlib.

Rauf Hacıyev

Şərh əlavə et