Kokpit.az xatırladır ki, Macarıstan yarışı Britaniya təmsilçisi üçün heç də yaxşı keçməyib. Williams komandası Hunqarorinqdəki yarışı 14-15-ci yerlərdə bitirib.
Yarışı 14-cü yerdə bitirən Karlos Sayns: “Həftəsonunu səhvsiz keçirdik, təəssüf ki, bu, maşınımızın rəqabətədavamlı olduğu bir yarışa təsadüf etmədi. Ən yaxşı halda 13-cü yer mümkün idi, amma Qasli ilə insident yaşadıq. Yarışı bir pit-stopla başa vurmağa çalışdıq, amma Soft-Hard təkər kombinasiyası ilə bu, çox nikbin yanaşma idi.
Mövsümün ilk hissəsini bir qədər məyusluqla başa vururam, çünki sürətli olduğumuz yarışlarda maksimum nəticə qazana bilmədik. Ümid edirəm ki, mövsümün ikinci hissəsində bunun əksi olacaq.
Komandamıza göstərdikləri böyük səylərə, azarkeşlərimizə isə sonsuz dəstəklərinə görə təşəkkür edirəm. İndi dincələcəyik, güc toplayacağıq və daha güclü şəkildə mübarizəyə qayıdacağıq”.
Yarışı 15-ci yerdə bitirən Aleks Elbon: “Çətin həftəsonu oldu. Bu tras maşınımıza uyğun deyil, burada bir qədər zəif görünürük. Yarışda gözlədiyimdən daha çox problem ortaya çıxdı. Bizə aşağı asfaltayatma qüvvəsi tələb olunan traslar daha uyğundur. Əksər rəqiblərimiz üçün isə bu əksinədir.
Mövsümün ikinci hissəsinin necə keçəcəyinə baxacağıq. Bu asan olmayacaq, amma Mühəndislər Kubokunda 5-ci yeri qorumaq üçün əlimdən gələni edəcəyəm və əminəm ki, Karlos da eyni fikirdədir. Bu mübarizə sona qədər davam edəcək”.
Şərh əlavə et