Xəbəri Kokpitdə Oxuyun!

Williams sürücüləri yağış istəyir

Williams komandasının sürücüləri Macarıstan yarışında yağışa ümid edirlər.

Kokpit.az xatlrladır ki, Karlos Sayns Macarıstanda sıralanma turunda 13-cü yeri tutub, onun komanda yoldaşı Aleks Elbon isə sonuncu olub…

Karlos Sayns: “Bu həftəsonu yaşadığımız bütün problemlərdən sonra sıralanma turunda 13-cü yerə belə şadam, baxmayaraq ki, bu, ən yaxşı nəticə deyil.

Vacib anda yaxşı asfaltla ilişmə əldə etdik və yaxşı nəticə  göstərdik. Son sessiyaya düşmək üçün cüzi vaxt çatmadı, lakin ikinci sektorda trafikə və çirkli hava axını buna mane oldu.

Hər halda, şənbə gününün müsbət məqamlarını götürürəm və bugünkü yarışa fokuslanıram. Hava şəraiti bizi təəccübləndirə bilər, biz isə hər fürsətdən istifadə etməyə hazır olmalıyıq”.

Aleks Elbon: “Bu trasda işimizin çətin olacağını bilirdik. Elə həftəsonlarından biridir ki, geridə qalırsan və boliddə özünü rahat hiss etmirsən.

Sıralanma turundan əvvəl maşını birinci sərbəst yürüşdəki sazlanmaya qaytardıq, çünki o zaman bolid daha sabit idi, amma o vaxtdan bəri tras xeyli dəyişib.

Burada 20-ci yerdən başlayaraq nəsə gözləmək çətindir, amma sabah yağış yağma ehtimalı var. Gözləyək, görək nə olur”.

Rauf Hacıyev

Şərh əlavə et