Kokpit.az xatırladır ki, avstraliyalı sürücü komanda yoldaşı Lando Norrisdən fərqli olaraq, iki pit-stopli strategiya seçib və son dövrələrdə ona hücumlar etsə də, nəticəsi olmayıb.
Oscar Piastri: “Əlimdən gələn hər şeyi etdim. Landonun bir pit-stoplu strategiyaya keçdiyini görəndə anladım ki, onu tras üzərində keçməli olacağam. Bu isə deməkdən daha çətindir. Hər iki strategiya riskli idi. Təəssüf ki, bu gün biz səhv seçim etdik.
Komanda mükəmməl iş gördü, bu sayədə yarışın ikinci yarısında maşın özünə gəldi. Həftəsonu boyunca maşın əla idi. Buna görə komandaya təşəkkür edirəm.
Landonun bir pit-stopla gedəcəyini təxmin edirdik – həmin anda itirəcəyi bir şey yox idi. Lekleri qabaqlamaq üçün erkən pitə girmək düzgün qərar idi, ya yox? Bunu sonra müzakirə edəcəyik.
Landonu keçmək üçün onu səhvə məcbur etməliydim və bu da ancaq ona yaxın olmaqla mümkün idi. Bir anda ən yaxşı fürsətin yarandığını hiss etdim və hücuma keçdim, çünki belə şanslar ikinci dəfə gəlməyə bilər.
Sınadım, amma alınmadı”.
Şərh əlavə et