Həftəsonu ərzində məşqlərdə McLaren pilotları üstünlük qazanıblar. Cümə günü Lando Norris iki dəfə protokola başçılıq edib, şənbə səhəri isə Oscar Piastri hamıdan sürətli olub.
Sıralanma turu gərgin keçib – ilk onluq 0,543 saniyəyə sığışıb, bu yeni mütləq rekord olub. Poulu isə bir çoxları üçün, hətta özü üçün də gözlənilmədən, Ferrari pilotu Şarl Lekler qazanıb – hər şeyi cüzi saniyə payları həll edib.
Startın birinci cərgəsindən Şarl Lekler və Oskar Piastri, ikinci cərgədən Lando Norris və Corc Rassell, üçüncü cərgədən isə ötən həftə Spa-da sonuncu yerlərdə olmuş Fernando Alonso və Ləns Stroll start alıblar.
Pirelli bu mərhələyə “yumşaq” üçlüyü gətirib – C3, C4 və C5 müvafiq olaraq Hard, Medium və Soft rolunda olublar. Lyuis Həmilton və Pyer Qasli Hard, Karlos Sayns, Niko Hülkenberq və Aleksandr Elbon Soft, qalanları isə Medium ilə yarışa başlayıblar.
Startda Lekler liderliyini qoruyub. Norris və Həmilton hərəsi iki mövqe itirib. Lyam Louson Maks Ferstappeni ötüb, amma növbəti dövrədə Maks yerini geri alıb.Qabriel Bortoleto səhv startda şübhəli bilinib, lakin stüardlar qayda pozuntusu tapmayıblar.
Oliver Bermanın maşınından qopan çınqıllar Ayzek Hacarın maşınına dəyib və onun əli zərbə alıb. Hacar radiosunda əlindən zədələndiyini bildirib. Hülkenberq səhv starta görə beş saniyəlik cəza alıb. 2-ci dövrədə ilk onluq: Lekler – Piastri – Rassell – Alonso – Norris – Bortoleto – Stroll – Ferstappen – Louson – Berman.
3-cü dövrədə Norris Alonsonu, Ferstappen isə Strollu ötüb. Alonso beşinci yerdə gedərək arxasında böyük bir “DRS qatarıÜ toplayıb və burda mövqe uğrunda mübarizə aparmaq mümkün olmayıb. Pilotlar trasda önlərinin boş olması ümidilə pit-stopu gözləyiblər, bəziləri isə yarışı tək pit-stopla bitirmək üçün təkərləri qorumağa çalışıblar.
6-cı dövrədə Hülkenberq, 14-də Kolapinto, 15-də Okon və Elbon, 16-da Sayns, 18-də Ferstappen, 19-da Piastri, 20-də Lekler və Rassell pit-stop ediblər. Şarl Piastrinin önündə trasda qayıdıb və 21-ci dövrədə Alonsonu ötüb. Rassell Bortoletonu keçib, Piastri də Alonsonu ötüb.
24-cü dövrədə Verstappen əvvəlcə Hülkenberqi, sonra Qaslini keçərək 12-ci yerə yüksəlib. 26-cı dövrədə Rassell bir neçə cəhddən sonra Alonsonu dördüncülük uğrunda üstələyib. 30-cu dövrədə Ferstappen Həmiltonu trasdan kənara sıxışdıraraq keçib. Stüardlar bunu araşdırıb cəza verməyiblər. 31-də Maks Hacarı da ötüb.
31-də Berman, 32-də Norris, 33-də Qasli, 35-də Hacar, 36-da Kolapinto, 37-də Stroll pit-stop ediblər. Norris bir neçə sürətli dövrə vuraraq Lekler pit-stopdan sonra onun arxasında qayıtsın deyə fərq yaradıb, amma çınqıla çıxaraq üstünlüyünün bir hissəsini itirib, sonra yenidən tempi artırıb.
38-də Tsunoda, 39-da Elbon, 40-da Alonso, 41-də Bortoleto, Louson və lider Lekler pit-stop ediblər. Şarl trasaa Norrisdən yeddi saniyə geridə qayıdıb. 6-da Piastri pit-stop edib, üçüncü yerdə – Leklerdən beş saniyə arxada trasa qayıdıb.
47-də Qasli, 48-də Həmilton Bermanı ötüb. Oliver maşının problemi barədə şikayət edib. Piastri tempi artıraraq Leklerə hər dövrədə bir saniyə yaxınlaşıb. 49-da Ferstappen pit-stop edib, Həmilton Qaslini ötüb.
51-də Həmilton Okonu, Piastri isə Lekleri ikinci yer uğrunda keçib. Oskar dərhal Şarldan aralanıb. Berman boksda maşını dayandıraraq yarışı tərk edib. Piastri lider Norrisə fərqi azaldıb. Lekler Piastridən daha çox geri qalmağa başlayıb, Rassell onu yaxalayıb və ikinci cəhddə keçib. Müdafiədə Şarl bir neçə dəfə əyləcdə istiqamətini dəyişdiyinə görə beş saniyəlik cəza alıb.
Qasli Saynsla insidentə görə 10 saniyəlik cəza alıb. Finişə beş dövrə qalmış Piastri lider komanda yoldaşının DRS zonasına daxil olub. Onun təkərləri Landodan 14 dövrə təzə olub. Oskar bir neçə dəfə hücum edib, maşınlar hətta az qala toqquşublar, amma Lando öndə qalıb – finişdə onları cüzi vaxt ayırıb.
Lando Norris mövsümdə beşinci, karyerasında isə 9-cu qələbəsini qazanıb. Bu, həm də McLaren tarixində yubiley 200-cü zəfərdir. Oskar Piastri ikinci olub və komanda ardıcıl 4-cü, mövsümdə 7-ci, tarixində isə 56-cı dəfə dubl edib. Corc Rassell podiumun 3-cü pilləsinə qalxıb. Qabriel Bortoleto isə 6-cı yeri tutaraq karyerasındakı ən yaxşı nəticəni əldə edib.
İrəlidə yay fasiləsi var. Mübarizə avqustun sonlarında Niderlandda davam edəcək…
Şərh əlavə et