Xəbəri Kokpitdə Oxuyun!

M.İzola: Külək güc nisbətini dəyişdi

Pirelli şirkəti təsdiqləyib ki, sıralanma turu zamanı temperaturun və küləyin istiqamətinin dəyişməsi güc balansına təsir göstərib…

Kokpit.az xatırladır ki, Macarıstandakı sıralanma turunun sonunda Şarl Lekler gözlənilmədən poul qazanıb.

Mario İsola: “Biz son dərəcə gərgin keçən sıralanma turu izlədik. İlk dörd sürücü cəmi 0.1  saniyə fərqlə ayrılıb, ilk onluq isə yarım saniyəlik fərqə sığıb. Bu isə bugünkü yarışın maraqlı və gərgin olacağını göstərir.

Bu gün hava şəraitinin dəyişməsi və yağış ehtimalı var. Həm səhər saatlarında, həm də yarış vaxtı. Amma keçən həftə Spada olduğu kimi, bu dəfə komandalar maşınlarını tamamilə quru hava şəraiti üçün sazlayıblar – xüsusilə də maksimum aerodinamika tələb edən bir trasda.

Havanın  temperatur baxımından dəyişməsi qüvvələr nisbətinə təsir edə bilər. Şənbə günü sıralanmanın sonunda da belə oldu. Temperaturunun təxminən 10 dərəcə azalması, nir neçə damcı yağış və əsas döngələrdə küləyin 90 dərəcə dəyişməsi vəziyyəti tam dəyişdi. Son sessiyada dövrəvi nəticələr ikinci sessiyaya nisbətən yarım saniyə yavaş oldu.

Hələ bütün məlumatları təhlil etməmişik, amma ümumi müşahidəmiz budur ki, temperaturun enməsi təkərlərin isinməsinə təsir etdi və bütün komandalar bu şəraitə uyğunlaşa bilmədi.

Əgər yarış quru şəraitdə keçərsə, Hard və Medium təkərlərlə iki pit-stoplu strategiya ən sürətlisi olacaq. Tək pit-stop isə əsasən pelotonun ortasında yer alanlar üçün münasib ola bilər – onlar daha aşağı temperatur şəraitində təkərlərin daha az yeyilməsinə ümid edərək təkərlərlə məsafəni uzatmaq istəyə bilərlər.

İki pit-stop seçiləcəyi halda, Soft, Medium və Hard təkərlərin hamısından istifadə edilən strategiyanı da istisna etmək olmaz – erkən mərhələdə Soft ilə mövqe qazanmağa çalışıb, sonradan boş trasda təkərləri dəyişmək mümkündür. Çünki Hunarorinqdə ötmə çətindir, amma undercut (yarışda erkən pit-stop strategiyası) çox effektivdir”.

Rauf Hacıyev

Şərh əlavə et