Xəbəri Kokpitdə Oxuyun!

Ferstappenə cəza verilməyib

Macarıstan Qran Prisində baş verən hadisədən sonra stüardlar Maks Ferstappen və Lyuis Həmilton arasında dördüncü döngədəki mübarizəni araşdırıblar. İnsisent nəticəsində Ferrari pilotu Həmilton tras kənarına çıxıb.

Dinləmələr zamanı Ferstappen bildirib ki, üçüncü döngədən çıxarkən daha təzə təkərlərlə Həmiltona nisbətən daha yaxşı sürətlənib və bu üstünlükdən istifadə edərək dördüncü döngədə daxili trayektoriyadan hücum etməyə qərar verib.

Maks qeyd edib ki, maşınını tam nəzarətdə saxlayırmış və istəsə, Həmiltona kifayət qədər yer qoya bilərmiş. Lakin Ferrari sürücüsü trası tərk etdikdən sonra Ferstappen dördüncü döngənin çıxışında yolun tam enindən istifadə etməyə qərar verib.

Ferrari nümayəndəsi də dinləmədə təsdiqləyib ki, maşınlar arasında heç bir təmas olmayıb və Həmilton özü trası tərk etdikdən sonra geri dönməyə cəhd göstərib.

Nəticədə stüardlar hadisəni rəqibin trasdan çıxarılması kimi qiymətləndirməyiblər və Maks Ferstappənə heç bir cəza verilməyib.

Rauf Hacıyev

Şərh əlavə et