Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: Hunqarorinq bizə düşür

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, Hunqarorinq onların maşını üçün əlverişlidir.

Kokpit.az xatırladır ki, Aston Martin komandası Macarıstanda gözlənilmədən sıralanma turunda yaxşı çıxış edib və hər iki maşınla son sessiyaya yüksəlib. İspaniyalı sürücü sıralanna turunda beşinci yeri tutub.

Fernando Alonso: “Beşinci yer bizim üçün əla nəticədir. Görünür, bu trasın konfiqurasiyası və xüsusiyyətləri bizim maşına daha yaxşı uyğun gəlir və bunun səbəbini tapmağa çalışmalıyıq.

Sıralanma turunun son sessiyasında küləyin istiqaməti dəyişdi və tras bir qədər yavaşladı. Buna görə də ilk iki sessiyadakı nəticələrimizi təkrarlaya bilmədik.

Son sessiyanın ortasında trasa çıxmağa qərar verdik ki, küləkdə ola biləcək dəyişikliklərdən yayınaq və poul zamanına çox yaxın olduq. Bu gün bu qərar özünü doğrultdu.

Əgər yarışda beşinci və altıncı yerlərdə finiş görsək, yay fasiləsi öncəsi bizim üçün əla nəticə olar”.

Rauf Hacıyev

Şərh əlavə et