Kokpit.az xatırladır ki, britaniyalı sürücü Macarıstandakı sıralanma turunda poul mövqeyindən 0.05 saniyəgeri qalaraq dördüncü olub. Nəticələr bu qədər sıx alınıb…
Corc Rassell: “Poul mövqeyinə bu qədər yaxın olub onu qazana bilməmək həmişə üzücüdür. Amma həftəsonu başlamazdan əvvəl desəydilər ki, pouldan cəmi 0,05 saniyə geri qalacağam, razı olardım.
Poul tam real idi. Mən bir səhvə yol verdim, bu da mənə bir qədər vaxt itirtdi. Əks halda daha yaxşı yerdən start alardım. Son sessiyada ikinci sürətli dövrəm də ideal alınmadı. Şənbə günü daha yaxşı nəticə əldə etmək şansımız var idi.
Bu gün dəyişkən hava şəraiti və temperaturun nə qədər önəmli rol oynadığını gördük. Yəqin ki, bu amillər sabahkı yarışda da təsirli olacaq. Sevindirici haldır ki, burada etdiyimiz dəyişikliklərdən sonra irəliləyiş əldə etmişik. Bu gün podium uğrunda mübarizə aparmaq üçün şansımız var.”
Şərh əlavə et