Kokpit.az xatırladır ki, bu mövsüm çempionluq uğrunda mübarizə McLaren pilotları Lando Norris və Oskar Piastri arasında getsə də, Lekler Ferrari üçün yarışmağın hər şeydən üstün olduğunu deyib.
Şarl Lekler: “Mən Ferrari üçün yarışıram! Bu, mənim üçün çox şey deməkdir”.
O soruşulan suala – başqa komandalarla çempion olmaq, yoxsa Ferrari ilə yarışmaq? – belə cavab verib: “Bəli, mənim üçün əsas olan Ferrari ilə yarışmaqdır. Bu komandanın bir parçası olmaq mənim üçün bir şərəfdir. Hal-hazırda yeganə məqsədim Ferrari-ni yenidən qalib komandaya çevirməkdir. Ferrari mənə Formula 1-ə gəliş qapısını açdı, bu komandaya çox şey borcluyam. Frederik və Lyuis ilə birlikdə Ferrari-ni yenidən zirvəyə aparmaq üçün əlimdən gələni edəcəyəm. Bu, mənim yeganə fikrimdir”.
Ferrari, 2025-ci il mövsümündə McLaren-dən 258 xal geridə olaraq, ikinci pillədə qərarlaşıb. Lakin komandanın başçısı Frederik Vassyörün uzunmüddətli vəzifəsini davam etdirəcəyi, texniki direktor Loik Serranın isə 2026-cı il texniki reqlamentinə fokuslanaraq işləməsi Leklerə ümid verir: “İnkişaf addım-addım gəlir. Doğru istiqamətdə olduğumuzu düşünürəm. Hazırkı vəziyyətdən razı deyilik, amma atılan addımlardan razıyıq”.
O, mövsümün əvvəlində gözləntilərin yüksək olmasının da ümumi dəyərləndirmələrə təsir etdiyini qeyd edib: “Ferrari yalnız qalib gələndə razı qalır – bunu hamımız bilirik. Lakin McLaren bu il çox böyük addım atdı. Biz isə Mercedes və Red Bull ilə müqayisə oluna biləcək ölçüdə inkişaf etmişik. Bu da bizi ikinci yer uğrunda mübarizə aparan komandaya çevirdi. Qarşımızda hələ uzun yol var, amma inkişaf ümidvericidir”.
Şərh əlavə et