Kokpit.az xatırladır ki, Pirelli Hunqarorinqə C3, C4 və C5 tərkiblərini gətirib.
Simone Berra: “Yarış həftəsonu adi formatda keçəndə, təkərlərin davranışı ilə bağlı məlumat toplamaq üçün daha çox imkanımız olur. Bu, xüsusilə istilik səbəbilə təkərlərin tez yeyildiyi traslarda önəmlidir.
Cümə günü keçirilən sessiyalarda temperatur mühüm faktor olub – ötən ilin cümə gününə nisbətən bu dəfə temperatur birinci sessiyada təxminən 15 dərəcə, ikinci sessiyada isə 10 dərəcə aşağı idi. Temperaturun aşağı olması trası daha sürətli edir və bu da keçən illə müqayisədə dövrəvi nəticələrin yaxşılaşmasında özünü göstərir. Birinci sessiyada nəticələr 2.7 saniyə, ikinci sessiyada isə 2.1 saniyə yaxşılaşıb. Əlbəttə, komandaların maşınların effektivliyini artırmaq sahəsindəki irəliləyişi də bu fərqdə rol oynayıb.
Cümə günü dənlənmə müşahidə olunmayıb, istilik səbəbilə yaranan deqradasiya isə gözlənilən səviyyədə olub. Hər üç təkər tərkibi yarış tempində istifadə olunub və nəticələr göstərir ki, hətta Soft tərkibi də böyük məsafə qət edə bilir.
Cümə günü gördüklərimizə əsasən deyə bilərik ki, Medium və Hard tərkiblərinin istifadə olunduğu iki pit-stoplu strategiya yarış üçün ən optimal variant olacaq. Hər iki tərkib performans baxımından bir-birinə yaxındır və bu, yarışda mühüm rol oynayacaq”.
Şərh əlavə et