Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri: Ferrari sürətli idi

Macarıstandakı sıralanma turunun nəticələrinə əsasən Oskar Piastri yalnız ikinci yeri tutub və etiraf edib ki, Ferrari-yə uduzacağını gözləmirmiş.

Kokpit.az xatırladır ki, avstraliyalı sürücü son cəhdlərdən əvvəl birinci yerdə olsa da, sonda poulu Şarl Lekler qazanıb.

Oskar Piastri: “Külək istiqamətini dəyişdi. Bəli, günahı küləyə atmaq bir az qəribə səslənə bilər, amma ikinci və üçüncü sessiyalar arasında külək tam 180 dərəcə dəyişdi, nəticədə bir çox döngələr tamam fərqli hiss olunmağa başladı.

Belə şəraitdə hər şeyi düzgün yerinə yetirmək çətin idi. Ola bilər ki, bu işin öhdəsindən ideal şəkildə gələ bilmədim. Daha sürətli ola bilmədiyimizə təəccübləndim. İkinci yer start üçün pis mövqe deyil. Sabah nə olacağını görəcəyik.

Şarl bütün həftəsonu ərzində sürətli idi. Bu gün səhər gözlədiyimizdən daha yaxın idi. Günorta isə vəziyyət bir qədər dəyişdi. O, əla iş gördü, onu təbrik edirəm. Bu həftəsonu Ferrari-dən sonra ikinci olacağımı düşünmürdüm. Amma bu cür intriqa sabahkı yarışa yalnız fayda verəcək”.

Rauf Hacıyev

Şərh əlavə et