Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Hər şey yaxşı idi

McLaren komandasının pilotu Lando Norris, Macarıstan Qran Prisinin cümə sərbəst yürüşlərində maşınından ümumilikdə razı qaldığını, lakin etdiyi bəzi səhvlər səbəbindən sessiyanın ideal keçmədiyini bildirib.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Hunqarorinqdəki hər iki sərbəst yürüşləri də zirvədə bağlayıb.

Lando Norris bildirib ki, keçən illə müqayisədə daha yaxşı maşına sahibdurkər, amma rəqiblərin çox güclü görünürlər: “İlk dövrədən etibarən maşın yaxşı hiss etdirdi. Ümumilikdə dövrələrim yaxşı idi. Amma bu sessiya bir az qeyri-stabil keçdi. Az yanacaqla da, çox yanacaqla da bəzi səhvlər etdim. Bu isə məşqlərin bir hissəsidir. Müxtəlif sahələrdə limitləri yoxlamağa çalışırıq”.

26 yaşlı sürücü maşının nəyə ehtiyacı duyduğunu bildiyini desə də, bunun əldə edilməsinin asan olmadığını söyləyib.

Ötən il poul trasda poul qazanan Norris, bu mövsüm şansının daha yüksək olduğunu düşünür: “Keçən illə müqayisədə daha yaxşı maşınım var, bu da daha çox şans deməkdir. Amma rəqabət bu dəfə çox güclüdür”.

Yarış tempi barədə konkret fikir bildirməyən McLaren pilotu qeyd edib: “Dövrəvi vaxtlara fokuslanmadım. Cümə günü üçün o qədər də vacib deyildi. Amma yarışda hər şey qaydasında olacaq”.

Sonda Norris güclü maşına baxmayaraq, həftəsonunun asan keçməyəcəyini və ciddi mübarizə gözlədiyini bildirib.

Rauf Hacıyev

Şərh əlavə et