Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Belə şey görməmişəm

Ferrari komandasının sürücüsü Lyuis Həmilton maşının balansından şikayət edib.

Macarıstan Qran Prisinin ən uğurlu pilotu olan Lyuis Həmilton bu trasda səkkiz dəfə qələbə qazanıb. Lakin britaniyalı sürücü bildirib ki, bu ilki həftəsonunda yaşadığı maşın problemləri indiyə qədər üzləşdiklərinin heç birinə bənzəmir.

Lyuis Həmilton: “Maşında çox ciddi balans problemi yaşayırıq. Macarıstanda bu qədər çətinliklə üzləşdiyim yadıma gəlmir.

Cümə günü iki fərqli sazlama variantını sınaqdan keçirdik. İlk sessiyada balans problemi olduğundan ikinci sessiyadan öncə dəyişiklik etdik, amma yenə də maşın qeyri-sabit idi.

Demək olmaz ki, maşın ya az, ya da çox dönür – balans döngədən döngəyə dəyişir. Maşın ideal vəziyyətdən çox uzaqdır və olduqca balanssızdır.

Görünür, bu, təkərlərin temperaturu və ya başqa bir faktorla bağlıdır. Şənbə günü bu problemi həll etməyə çalışacağıq”.

Rauf Hacıyev

Şərh əlavə et