Xəbəri Kokpitdə Oxuyun!

F2-də bəzi sürücülər cərimələnib

Pepe Marti şənbə günü Macarıstanda keçirilən Formula 2 sprint yarışında birinci olub. Lakin finişdən sonra stüardlar bir sıra qayda pozuntularını araşdırıb və bəzi sürücüləri cərimələyiblər, bu isə yarışın yekun nəticələrinin dəyişməsinə səbəb olub.

Dördüncü yerdə finişə çatan Arvid Lindblad trasın hüdudlarını aşaraq Viktor Marteni ötdüyünə və bu zaman üstünlük qazandığına görə nəticəsinə 5 saniyə əlavə olunub. Eyni qayda pozuntusuna – Marteni trasdan kənarda ötməyinə – görə finişdə beşinci olan Lyuk Brauninq də 5 saniyəlik cərimə alıb.

Beləliklə, Lindblad 4-cü yerdən 10-cu yerə, Brauninq isə 5-ci yerdən 12-ci yerə geriləyib.

Təhlükəsizlik maşını trasda olarkən Xose-Mariya Marti ilə Aleks Dannın hərəkətlərində heç bir pozuntu aşkarlanmayıb. Buna görə də onların birinci və ikinci yerləri qüvvədə qalıb.

Rauf Hacıyev

Şərh əlavə et