Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Alonso qayıdır

Aston Martin komandası Fernando Alonsonun Macarıstan Qran Prisinin ikinci sərbəst yürüş sessiyasında iştirak edəcəyini təsdiqləyib.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü birinci sessiyanı  bel əzələsindəki zədə səbəbindən buraxıb. Komanda birinci sərbəst yürüşlərdə ona əlavə bərpa müddəti verməyi məqsədəuyğun sayıb. İkiqad Dünya Çempionunu komandanın ehtiyat sürücüsü Felipe Druqoviç əvəz edib.

Lakin komandanın verdiyi məlumata görə, Fernando Alonso ikinci sessiyada sükan arxasına qayıdacaq.

Rauf Hacıyev

Şərh əlavə et